CHP-li deputatdan Ukraynanın “kömək edin” çağırışına cavab: "Ərdoğanın mövqeyini bilmirik..."
"Müharibə davam edərsə, Türkiyə daxil olmaqla hər kəs itkiyə məruz qalacaq”.
Bunu Cümhuriyyət Xalq Partiyasında (CHP) təmsil olunan deputat Atilla Sertel deyib. Türkiyəli millət vəkili ukraynalı səfirin müraciətinə belə cavab verib:
"Cümhuriyyət Xalq Partiyası olaraq biz müharibənin olmamasını istərdik. Kim müharibəyə başlayırsa, demək ki, pis hadisələrə yol açır. Bizim Rusiya-Ukrayna müharibəsində mövqeyimiz bundan ibarətdir. Lakin prezident Ərdoğanın bu məsələ ilə bağlı mövqeyinin nə olduğunu bilmirik, bu gün tutulan mövqe sabah dəyişə də bilər. Biz konkret olaraq hansısa ölkəni dəstəkləmirik. Müharibə itkilərə yol açacaq”.
Qeyd edək ki, Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar tvitter səhifəsində strateji müttəfiqi Türkiyəni və dost Türkiyə xalqını bu çətin zamanda onlara yardım etməyə çağırıb.
Mənbə :My Webpage