Rəsul Quliyev: “Azərbaycan Qarabağda milliyətcə erməni olan vətəndaşlarının qeydinə qalmalıdır, Füzulidə onlar üçün qocalar evi tikə bilər”
“Ermənistanda gedən proseslər heç bir siyasi böhrana gətirib çıxara bilməz. Ölkənin başçısı Prezident deyil, baş nazirdir. Baş naziri parlament seçir. Parlament Paşinyanın arxasında durub. Ona görədə hansı siyasi krizisdən söhbət gedir, bilmirəm”.
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.
R.Quliyevin sözlərinə görə, prezident Sərkisyan siyasi arenada qalmaq üçün istefa verib, Ermənistan konstitusiyanı dəyişdirib bir başa Prezident seçmək niyyətindədir: “Konstitusiya dəyişilərsə-çox ehtimal, dəyişiləcək-Sərkisyan namizədliyini irəli sürəcək və bu gün istefa verdiyinə görə şansı artacaq. Məncə, o, bir aydan sonra partiya yaradacaq. İstənilən variantda Putinin adamları Koçaryan və Sarkisyanın prezident seçilmək şansı yoxdur. Onlar ola bilər keçmiş prezidentin namizədliyini qəbul etsinlər və onu dəstəkləsinlər. Bu dəstək onun əleyhinə işləyə bilər. Paşinyan hakimiyyətdədir, Ermənistan Azərbaycanla hərtərəfli müqavilə bağlasa xeyrimizə olar. Paralel Ermənistan Türkiyə arasında müqavilə də olsa, super olar. Paşinyan Qarabağ ermənilərinin problemlərindən yaxasını qurtarmaq istəyir, bunu görməmək mümkün deyil. Düşünürəm ki, Qarabağ ermənilərinin problemləri çox qısa müddətdə həll olunacaq. Sadəcə olaraq, Azərbaycan Ağdamdan keçib xaricə getmək üçün şərait yaratmalıdır. Yaxın müddətdə Rusiyanın Qarabağda zorla saxladığı ermənilərin sayı 5 minə yaxın qocalar olacaq. Bir sözlə, Rus qoşunlarının orada qalması işğal kimi qəbul olunacaq. Biz tərəfdən yox, beynəlxalq normalara görə. Azərbaycan Qarabağda yaşayan, erməni olan 5 minə yaxın vətəndaşının qeydinə özü qalmalıdır. Məsələn Fizuli rayonunda onlar üçün qocalar evi tikə bilər və sair”.