azia.az
azia.az

"Araik dostunun qisasını almaq üçün Gəncənin raketlə vurulmasına əmr verdi" - Ermənidən sensasiyalı etiraf - VİDEO

27-12-2021, 15:28

"Araik dostunun qisasını almaq üçün Gəncənin raketlə vurulmasına əmr verdi" - Ermənidən sensasiyalı etiraf - VİDEO
10 oktyabr, 2020-ci il. 44 günlük İkinci Qarabağ Savaşının ən qızğın gərgin günlərindən biri. Qarabağdakı separatçı-terrorçu rejimin lideri Araik Harutyunyan Facebook-dakı səhifəsində yazır: "Əziz həmvətənlər! Bu gün ən yaxın və ən yaxşı dostlarımdan biri Aleksandr Harutyunyan, bizim "Saşik" həlak oldu. Onunla 1992-ci ildən bəri birlikdə idik.

Saşik Birinci Qarabağ Müharibəsində 1-ci dərəcəli "Döyüş Xaçı" ordenini ilk alanlardan biri idi..."

Ertəsi gün, oktyabrın 11-də ermənilər Gəncəyə "Toça-U" operatik-taktiki raket kompleksindən atəş açdı.

Oktyabrın 17-də isə Gəncəyə 9K72 "Elbrus" operativ-taktiki raket kompleksindən 8K14 raketi atıldı.

Xankəndidəki terrorçu rejim və Ermənistanın hakimiyyət dairələri bu məşum terror aktlarını, dinc insanların ballistik raketlərlə atəşə tutulması faktlarını hələ də danırlar.

Lakin gerçəyi gizlətmək mümkün deyil.

Ermənistan Müdafiə Ordusunun zabitlərindən biri, İkinci Qarabağ Müharibəsində iştirak etmiş erməni kamera qarşısında həmin qanlı olaylardan bəhs edib.

O, etiraf edib ki, Gəncənin məhəllələrini ermənilər qəsdən, bilərəkdən, məqsədli şəkildə raket atəşlərinə tutmuşdular.

Əmri də qarabağlı ermənilərin lideri Araik Harutyunyan veribmiş. Gəbərdilmiş dostu Saşik Harutyunyanın qisasını almaq üçün.

A.Harutyunyan həmin məşum teraktlardan sonrakı bəyanatlarından birində demişdi: "Bu gün əmrimə əsasən ordumuz Gəncə şəhərinə bir neçə raket zərbəsi endirdi".

Erməni zabit isə etiraflarında deyib: "Gəncəyə R-17 raketləri ilə zərbələrin endirilməsi absurddur. Araik Harutyunyan bunu "qisas" adlandırdı. Bilmirəm, amma məncə çox yanlış və sarsaq əmr, qərar idi. Şəxsən mən bu zərbələrdə hansısa hərbi zərurət görmürəm. Səddam Hüseyn təki şəhər məhəllələrinə raket zərbələrinin endirilməsi obyektiv olaraq terrorizmdən başqa heç nə deyil. Əgər o zərbələr qarşı tərəfi qorxutmaq məqsədilə edilmişdisə - axmaqlıqdır. Çünki qarşı tərəf qorxmadı, tam əksinə, daha da qəzəbləndi. Qarşı tərəfin yerində mən də olsaydım, qəzəblənərdim. Ermənistan Müdafiə Nazirliyinin "danışan baş"ı (Arsrun Hovvanisyan nəzərdə tutulur - red.) isə elə həmin vaxtda Gəncəyə raket zərbələrini "hədəfdən yayınma, yanlışlıq" adlandırmışdı. Yəni guya Gəncə aeoportunu vurmaq istəyiblər, raketlər də hədəfdən yayınıb, şəhər məhəllələrinə düşüb. Bu, əsla həqiqətə uyğun deyil. "Elbrus" kompleksindən buraxılan R-17 ballistik raketinin 65 kilometrlik məsafədə hədəfin vurulması zamanı 4-5 kilometr yayınmaqla bağlı iddia ən azı absurddur. Ya kompleksin heyəti hara atəş açmağı dəqiq bilməyib, ya da atəş bilərəkdən məhz o istiqamətə edilib. Çox yəqin ikinci variantdır. Araik Harutyunyan da dediyimi çıxışında təsdiqləmişdi".

Göründüyü kimi, Qarabağdakı terrorçu rejimin rəhbəri Araik Harutyunyan indi Rusiyanın Qarabağda yerləşdirilmiş sülhməramlı kontingentinə güvənərək təhlükəsizliyinin təmin olunduğunu düşünsə də, bu məxluqun qanlı əməllərinə görə ədalət məhkəməsi qarşısında duracağı qaçılmazdır.

Araik Harutyunyanın cəzalanması Gəncədə həlak olmuş soydaşlarımızın narahat ruhlarının tələbidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi