Amerikalı jurnalist NATO-nu Azərbaycanın tərəfini tutmaqda ittiham etdi - FOTO
Amerikalı ermənipərəst jurnalist Lindsi Snell NATO-nun baş katibi Yens Stoltenberqi sərt tənqid edib.
Azia.az xəbər verir ki, o. özünün tviterində Alyansın Ermənistan və Azərbaycan arasındakı münaqişədə heç bir tərəf tutmaması bəyanatını riyakarlıq adlandırıb.
“Bir ölkə digər ölkəyə qarşı müharibəyə başlayarkən və müharibənin bitməsindən bir il keçməsinə baxmayaraq hücum və təxribatlar davam etdirərkən susmaq – bu, başqasının tərəfini tutmaq sayılır”, – deyə Lindsay Snell yazıb.
O NATO üzvü olan Türkiyənin münaqişədə suriyalı muzdluların dəstəyi ilə müdaxilə etdiyinə də eyham vurub.
Göründüyü kimi, ameriaklı jurnalist obyektivliyini kənara qoyub. Bu mənada onu danışdıran vicdanı deyil, erməni lobbisinin pullarıdır. bütün bunlara baxmayaraq, Azərbaycanın xarici siyasəti mükəmməl strategiyanın üzərində qurulub. Ermənipərəstlərin nə deməsindən asılı olmayaraq beynəlxalq təşkilatlar və hərbi alyanslar ölkəmizin mövqeyini dəstəkləyir.