Deputatla müxalif liderin '''Zəngəzur dəhlizi' üstündə sərt mübahisəsi -VİDEO
''Yeni Müsavat'' Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayınlanan ''Dərin təhlil'' verilişindən bir fraqmenti təqdim edirik.
Bu fraqmentdə deputat, Elmlər Akademiyasının müxbir üzvü, professor Musa Qasımlı ilə Milli təhlükəsizlik nazirinin sabiq 1-ci müavini, müxalif yönümlü Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər ''Zəngəzur dəhlizi'' termini ətrafında mübahisə edirlər.
Sülhəddin Əkbərin fikrincə, 10 noyabr 2020-ci il tarixli Üçlü Moskva Bəyanatında ''Zəngəzur dəhlizi'' ifadəsinin olmaması Azərbaycanın diplomatik səhvidir. Musa Qasımlı isə bunun əksini söyləyir.