azia.az
azia.az

Əliyevin təklifini Gürcüstan NİYƏ qəbul etmir? - Putin amili VƏZİYYƏTİ DƏYİŞDİ / AÇIQLAMA

9-12-2021, 17:49

Əliyevin təklifini Gürcüstan NİYƏ qəbul etmir? - Putin amili VƏZİYYƏTİ DƏYİŞDİ / AÇIQLAMA
10 dekabr 2021-ci ildə Rusiyanın Moskva şəhərində Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistan XİN başçılarının müavinləri səviyyəsində görüş keçiriləcək. Bu barədə Türkiyə XİN məlumat paylaşıb. Məlumatdan qeyd edilir ki, “Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən "3+3" formatındakı regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək”.
Sabahkı görüşü Metbuat.az-a şərh edən politoloq Samir Hümbətov deyir ki, belə aydın olur ki, keçiriləcək görüşdə Gürcüstan tərəfi iştirak etmək niyyətində deyil. Politoloq bildirdi ki, bir neçə gün öncə Gürcüstan XİN başçısı David Zalkaliani Türkiyə prezidentinin təklif etdiyi "3+3 formatı"nda iştirak etməklərinin mümkün olmadığını və onların buna alternativ təkliflərinin olduğunu bildirmişdi.


Əliyevin təklifini Gürcüstan NİYƏ qəbul etmir? - Putin amili VƏZİYYƏTİ DƏYİŞDİ / AÇIQLAMA
“Gürcüstan XİN başçısı David Zalkaliani Rusiyanın Gürcüstan ərazisini işğal etməsini nəzərdə tutaraq bildirmişdi ki, ərazilərimizi işğalda saxlayan ölkənin olduğu geosiyasi layihədə iştirak edə bilmərik. O qeyd edib ki, bu mövqeyini türkiyəli, azərbaycanlı və erməni həmkarları ilə görüşlərdə açıq şəkildə ifadə edib. Gürcüstan XİN başçısının sözlərindən və yayılan son məlumatdan da belə aydın olur ki, Gücüstan Rusiya tərəfindən işğal və ilhaq edilmiş Abxaziya və Cənubi Osetiya ərazilərinin işğalda qaldığı müddətdə onunla hər hansı qurumda təmsil olunmaq niyyətində görünmür”.

Samir Hümbətov qeyd etdi ki, 18 oktyabrda ABŞ müdafiə naziri Lloyd Austin Gürcüstanda səfərdə olarkən açıq şəkildə bildirmişdir ki, yaxşı olardı ki, Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin. Bu açıqlama əslində Gürcüstan və Rusiyanın bir platformadan təmsil olunmasına ABŞ-ın hansı münasibətdə olmasının göstəricisi kimi də qəbul edilə bilər.

Bəs qarşıdakı müddətdə altılıq platformanın reallaşması mümkün ola bilərmi?

“Altılıq platformanın reallaşması hansısa formada mümkün ola bilər, amma bunun nə qədər müdətdə və hansı formatda reallaşmasının özü belə hələki sual altında qalmış olur. Görünən odur ki, regionun bəzi dövlətləri, xüsusilə də Rusiya və İran hər il sanksiyalardan dəyən milyardlarla dolları və çökmüş iqtisadiyyatlarını dirçəltmək üçün istənilən formatlı platformanın qurulmasını məqbul hesab edirlər. Eyni zamanda nə Rusiya, nə də İran Qərbin regionda mövcudluğunu görmək niyyətində olmadığ üçün region dövlətləri ilə dil tapmağa çalışdıqları hiss edilməkdədir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi