azia.az
azia.az

Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini canlandırmaq təklif edir

2-08-2021, 11:33

Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini canlandırmaq təklif edir
Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini canlandırmaq təklif edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə telefonla danışıb. Bu barədə Türkiyə mətbuatı yazır. Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb. O, regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq, nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi