Malena Mard: Çalışırıq ki, hər iki tərəf üçün uyğun olan yeni strateji tərəfdaşlıq sazişi imzalayaq
Biz çalışırıq ki, hər iki tərəf üçün uyğun olan yeni strateji tərəfdaşlıq sazişi imzalayaq.
Bu barədə jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard deyib.
Onun sözlərinə görə, bu əsasən qanunun aliliyi, insan haqları, demokratiya, ticarət, iqtisadiyyat və digər sahələri əhatə etsin: "Biz daha geniş əlaqələr qurmaq üçün yeni yollar axtarmalıyıq" .
O bildirib ki, qanunun aliliyi, reginların inkişafı sahəsində Azərbaycana qrantlar formasında yardımlar olacaq: "Bu 75-90 min avro təşkil edəcək. Bu, Şərq Tərəfdaşlığının bir hissəsidir".
Səfir Avropa Qonşuluq siyasətinin nəzərdən keçirildiyini və bu məsələdə hökümətin, vətəndaş cəmiyyəti üzvlərinin rəylərinin öyrənildiyini deyib.