azia.az
azia.az

Aİ ehtiyat edir - Tezliklə Ermənistanda insan qalmayacaq

3-02-2016, 16:35

Aİ ehtiyat edir - Tezliklə Ermənistanda insan qalmayacaq Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Pyotr Svitalski Yerevanda bildirib ki, Aİ miqrant axınının azaldılması və dayandırılmasında Ermənistana kömək edir.
Ermənistan mətbuatının verdiyi məlumata görə, səfir deyib ki, Ermənistan miqrantlar ölkəsidir: "Ermənistanın ən iri donoru olan Aİ ermənilərin öz ölkəsində qalmaları üçün Ermənistan hakimiyyətinə kömək etmək istəyir. Biz gənc ermənilərə ixtisas almaqda kömək etmək, iri proqramlar sayəsində iş yerləri açmaq istəyirik".
O bildirib: "Problem ondadır ki, Aİ viza rejimini liberallaşdırsa və Ermənistan üçün sərhədləri açsa, Ermənistanın vəziyyəti necə olacaq? Aİ əvvəlcə Ermənistan hakimiyyəti ilə əməkdaşlığı inkişaf etdirmək istəyir ki, ölkə iqtisadiyyatı inkişaf etsin".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi