azia.az
azia.az

TƏQAÜDÇÜ NƏNƏYƏ BUNA GÖRƏ RUSİYADA 9 İL İŞ KƏSİLDİ

Bu gün, 18:34

Rusiyanın Tümen şəhərində təqaüdçü qadın dövlət çevrilişinə cəhd etdiyinə görə 9 il müddətinə həbs cəzasına məhkum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bakupost.az xəbər verir ki, 71 yaşlı qadın SSRİ-nin mövcudluğuna son qoyulmasının qanunsuz olduğunu təblig edib.

Yaşlı xanım qadağan olunmuş hərəkatın tərəfdarları ilə birlikdə hərbi qulluqçuları hakimiyyəti zorakılıqla ələ keçirmək üçün “RSFSR Tümen Vilayəti Xalq Deputatları Şurasına” qoşulmağa təhrik edib.

Həbs cəzasından əlavə, təqaüdçüyə iki il müddətinə veb saytlar və kanalları idarə etmək, eləcə də sosial mediada qeydiyyatdan keçmək qadağan olunub.

Rüfət Sultan, BakuPost



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi