azia.az
azia.az

Geri qaytarılanlar Yerevanda necə əsir düşdüklərini danışdılar: “Növbə ilə…”

8-12-2021, 13:40

Geri qaytarılanlar Yerevanda necə əsir düşdüklərini danışdılar: “Növbə ilə…”
Azərbaycanın bir müddət əvvəl Ermənistana təhvil verdiyi keçmiş əsirlər – ötən il dekabrın əvvəlində Xocavənd rayonunda saxlanılan 62 nəfərlik diversiya-təxribat qrupunun bəzi üzvləri İrəvanda sorğu-sual ediliblər.


“SAVAŞ “ın Modern.az-a istinadən verdiyi məlumata görə, 44 günlük İkinci Qarabağ Müharinbəsinin başa çatmasından sonra Ermənistanın Şirak vilayətindən Xocavəndə göndərilən diversantlar İrəvandakı sorğu-sual zamanı Azərbaycan əsgərlərinə necə əsir düşdüklərini danışıblar.

Adları tam olaraq açıqlanmayan 12 erməni hərbçisinin sözlərinə görə, 62 nəfərlik qrupun tərkibində Azərbaycana göndəriliblər. Xocavənd ərazisində irəliləyərkən Azərbaycan əsgərlərilə üzbəüz gəldiklərini deyən erməni hərbçilər bildiriblər ki, qarşıdakılardan təmiz rusca danışan biri narahat olmamağa, onlara yaxınlaşmağa çağırış edib:

“Qarşımızda təxminən 7-8 nəfər əli silahlı dayanmışdı. İrəli gedəndə gördük ki, onlar azərbaycanlılardı”.

Keçmiş əsir R.K. ifadəsində deyib ki, saxlanılarkən müqavimət göstərməyiblər. Qarşı tərəfdəkilər də zor tətbiq etməyiblər:

“Bizə dedilər ki, silahlarımızı təhvil verməliyik. Növbə ilə əlimizdə olan silah-sursatı təhvil verdik, bundan sonra azərbaycanlılar əl-qolumuzu bağlayıb dedilər ki, hara aparırlarsa, biz də onlarla getməliyik. Onlar təxminən 7 Azərbaycan əsgəri və bir komandir idi”.

Digər erməni həbçi A.S. onları əsir götürənlərin Azərbaycanın “Yaşma” xüsusi təyinatlı dəstəsindən olan əsgərlər olduğunu vurğulayıb:

“Biz 62 nəfər, onlar isə təxminən 6-7 nəfər olardı. “Yaşma” dəstəsinin hərbçiləri idi. Bizi saxlayandan sonra silahları və zirehli gödəkçələrimizi təhvil verdik”.

Sorğu-sual edilən keçmiş diversantların demək olar ki, hamısının ifadəsində “Yaşma” sözü xüsusi vurğu ilə qeyd olunub. Bu, erməni həbçilərin Azərbaycan xüsusi təyinatlılarının adından belə necə qorxduqlarını göstərir.

Xatırladaq ki, ötən il sentyabrın 27-də başlayıb 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Rusiyanın vasitəçiliyilə 10 noyabr 2020-ci il tarixli üçrətərəfli bəyanatla başa çatıb.

Atəşkəs imzalanadan sonra noyabrın 26-da Ermənistanın Şirak vilayətindən yola çıxan 62 nəfərlik qrup Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisinə gələrək, diversiya-təxribat fəaliyyəti göstərmək istəyib. Ancaq terrorçu qrup dekabrın əvvəllərində tam heyətlə Azərbaycan tərəfində əsir düşüb.

Zərərsizləşdirilən diversantların bir çoxu tərəflər arasında aparılan danışıqlardan sonra Rusiyanın vasitəçiliyilə Ermənistana təhvil verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi