“Qarabağda erməni separatçıların nəzarətində qalan ərazilərimizi, o cümlədən Şuşanın kəndlərini, Xocalını azad etməliyik”
"Qarabağda erməni separatçıların nəzarətində qalan ərazilərimizi, o cümlədən Şuşanın kəndlərini, Xocalını azad, Laçın dəhlizində sərhəd və gömrük xidmətinin fəaliyyətini təmin etməliyik".
Xəbərə görə, bunu politoloq Elxan Şahinoğlu Soçidə noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşə münasibət bildirərkən deyib.
E.Şahinoğlu qeyd edib ki, Qarabağdakı separatçıların tərksilahına, o cümlədən bölgədəki ermənilərin Azərbaycan qanunları ilə yaşamasına və Azərbaycan pasportları daşımalarına nail olunmalıdır: “Rusiya hərbçilərinin 4 ildən sonra bölgəni tərk etməsina nail olmalıyıq. Qərbi Zəngəzur üzərindən Naxçıvana və Türkiyəyə keçid imkanı qazanmalıyıq. Ermənistanla sərhədin delimitasiyasına və demarkasiyasına nail olmalıyıq. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycana aid olduğunu tanıyan sülh sazişinin imzalanmasını təmin etməliyik”.