azia.az
azia.az

ABŞ Tehrana ultimatum verdi - gərginlik yeni mərhələyə keçdi

28-10-2021, 09:14


ABŞ İranın nüvə sazişinin bərpasına dair danışıqların dərhal başlanmasını istəyir və problemin diplomatik həlli üçün “pəncərənin” tədricən bağlandığı barədə xəbərdarlıq edir. Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
ABŞ Tehrana ultimatum verdi - gərginlik yeni mərhələyə keçdi
“Hesab edirik ki, əgər öhdəliklərin qarşılıqlı yerinə yetirilməsi istiqamətində sürətli irəliləyiş əldə etmək istəyiriksə, Vyanada danışıqların yeddinci raundu dərhal keçirilməlidir”, - Prays jurnalistlərə deyib.

Amerika İranın bu istəyinin, hədəfinin qarşısını ala biləcəkmi?

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev belə məlumatların İranın içərisindən sızdırıldığını ehtimal edir: “Son zamanlar İranın nüvə proqramını genişləndirməsi və daha sürətli işlərin aparılması ilə bağlı məlumatlar dünya mətbuatında yer alır. Bu məlumatların yayılmasında isə İranın içindən sızdırılan informasiyalar böyük rol alır. İranın bu məlumatları bilərəkdən sızdırması ilə bağlı şübhələr də mövcuddur. Əgər bu doğrudursa, belə bir siyasətin yürüdülməsi anlaşılmazdır. Çünki onsuz da iqtisadi və siyasi təzyiqlərlə üz-üzə qalan İranı bu faktordan istifadə etməklə daha da küncə sıxmaq mümkündür. Ola bilsin ki, İran nüvə silahını əldə etmək üçün uranın lazımi həddə qədər zənginləşdirilməsinə çata bilməyəcəyini anladığından belə bir dezinformasiya yaymaqla, rəqiblərini şantaj etməklə təhlükəsizliyini təmin etmək istəyir. Yəni bir növ Şimali Koreya kimi. Amma böyük ehtimalla Qərbin, xüsusilə ABŞ-ın, hətta İsrailin vəziyyətlə bağlı müfəssəl məlumatları var. Bu məlumatları əsas gətirərək İrana qarşı münasibətlərin qaynar fazaya keçəcəyi ilə bağlı ehtimalların reallaşması da mümkün ola bilər. Təsəvvür edin ki, vaxtı ilə İraq prezidenti Səddam Hüseyn ölkəsində nüvə silahı hazırlayacaq maddələrin olmaması ilə bağlı gecə gündüz bəyanatlar versə də, ABŞ bu maddələrin olmasını əsas gətirərək İraqa qarşı hərbi əməliyyatlara başlamışdı. İndi isə İranın özünün daxilindən tezliklə bu silahın əldə ediləcəyi ilə bağlı açıqlamalar eşidirik, hətta bəziləri rəsmi olmasa da artıq nüvə silahının onlarda mövcud olması ilə bağlı çıxışlar edir. Bu proses bir qədər də davam edərsə, regionda yeni qaynar nöqtənin yaranacağı qaçılmaz ola bilər.

elshen.JPG (54 KB)

Elşən Mustafayev: “Belə bir siyasətin yürüdülməsi anlaşılmazdır”

ABŞ Dövlət Departamentinin sözçüsünün İranla nüvə sazişinin bərpası ilə bağlı təklifləri və rəsmi Tehranın ləngimədən bu danışıqlara başlamasını tələb etməsi ABŞ-ın İranla bağlı xarici siyasətinin aktiv işlənilməsi prosesinin başlayacağından xəbər verir. İran bu çağırışlara müsbət cavab verib danışıqlar masasına oturarsa, problem diplomatik çərçivədə müzakirə olunacaq. Amma burada da konkret şərtlər ortada olacaq. Belə ki, İran bütün nüvə obyektlərini ABŞ-ın patronajlığı altında olan Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin üzünə açmalıdır. Bu zaman öncələr olduğu kimi, İran həmin obyektlərin bir hissəsini gizlədə bilməyəcək. Çünki belə görünür ki, kəşfiyyat məlumatları əsasında bütün nüvə obyektlərinin haralarda yerləşməsi ilə bağlı dəqiq məlumatlar var. İran bu gedişata razı olmayacaqsa, o zaman əleyhinə olan koalisiyanın məsələləri diplomatik müstəvidən hərbi müstəviyə keçirilməsinin şahidi ola bilər. Bu arada isə Rusiya ilə olan münasibətlərin əvvəlki kimi olmaması ilə bağlı reallıqlar da ortadadır. Sabah Rusiyanın İranı müdafiə edəcəyi öz maraqları səbəbindən real görünmür. Yəni bu məsələdə ABŞ-la anlaşa da bilər. Beləliklə, İran ya ABŞ-ın təklif etdiyi və real işləyəcəyi nüvə danışıqlarına başlamalıdır, ya da Şimali Koreya yarlığı alıb dünyanı təhdid edəcək yeni bir dövlətin yaranmasına əngəl olmaq səbəbilə başlanılacaq hərbi əməliyyatlara cəlb olunmalıdır”.



Azər Hüseynov: “İran Türkiyə və Azərbaycanla münasibətləri düzəltməlidir”

Siyasi şərhçi Azər Hüseynov: “Amerikalılar regiona təsir etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. İranla nüvə danışıqları da bu baxımdan dəyərləndirilməlidir. İran bu gün nə vəziyyətdədir? Bir tərəfində “Taliban”ın hakim olduğu Əfqanıstan, digər tərəfdə də münasibətləri zədələdiyi Azərbaycan. Eyni zamanda bir tərəfdə də İran casuslarını tutan Türkiyə, Suriya və İraq bataqlığı. Deməli, İran Amerikanın onu sıxıb İsrailə təhlükəsizlik zəmanətini gücləndirməsi üçün ən münasib zəif durumdadır. Belə bir ortamda nüvə məsələsində Amerika İranı sıxıb yenə ondan regionda Türkiyəyə, Britaniya maraqlarına və amerikanist olmayan ölkələrə qarşı istifadə etmək istəyir. Ona görə də İran Türkiyə və Azərbaycanla münasibətləri düzəltməlidir”.

Cavanşir ABBASLI,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi