azia.az
azia.az

Şeyx, akademik, professor Nobelə namizəd oldu (EKSKULİZİV)

11-10-2021, 15:51

Şeyx, akademik, professor Nobelə namizəd oldu (EKSKULİZİV)
Bu il Azərbaycandan Nobel mükafatına namizəd göstərilən şəxslərin adı məlum olub.

Beynəlxalq İnformasiya Nobel Mərkəzi (BİNM) həqiqi üzvü, qurumun Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Bəybala Ələsgərov Qaynarinfo-ya açıqlamasında bu il Azərbaycandan cəmi 3 namizədin təqdim olunduğunu bildirib.

Professor Yaşar İbadov - "YAY-OSİDO” İnnovasiya İnkişaf Mərkəzinin təsisçisi, professor və "Alternativ Psixologiya” elminin müəllifidir.

Professor Hacı Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxidir.

Akademik Adil Qəribov - Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədridir.

Bəybala Ələsgərov bildirib ki, Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən hər üçü namizəd kimi artıq təsdiqlənib.

Professor Yaşar İbadov Nobel Sülh mükafatına ilk dəfə namizədliyini verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi