azia.az
azia.az

İrandan Azərbaycana mesaj: Bakı buna icazə verməməlidir

4-10-2021, 18:12

İrandan Azərbaycana mesaj: Bakı buna icazə verməməlidir
"Müharibənin başlanğıcından bu günə qədər çoxsaylı hesabatlar var və bütün bu hesabatları Bakıdakı dostlarımızla bölüşmüşük".

Azia.az xəbər verir ki, bunu İran Xarixci İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

"Müxtəlif görüşlərdə dostlarımız başqa ölkələr üçün heç bir təhlükənin olmadığını elan ediblər və bu xəbərlər bizə çatmağa davam edir, amma gəlin Azərbaycandakı dostlarımızla öz kanallarımızla danışaq", - deyə Xətibzadə sözünə davam edib.

İran və Azərbaycan Respublikası arasındakı baxışlarda fərqlərə toxunan XİN sözçüsü deyib:

"İran-Azərbaycan əlaqələrində həmişə artan və genişlənən bir tendensiya olub. Müharibədə və ondan sonrakı son bir neçə ay ərzində İran öz prinsipial siyasətini həyata keçirib və Azərbaycandakı qardaşlarına heç bir yardımı əsirgəməyib. Danışıqların eyni kanallarda davam etməsinə icazə verməliyik. Kütləvi informasiya vasitələrində xoşagəlməz açıqlamalara və müzakirələrə ehtiyac olmaya bilər. Bakıdakı dostlarımıza əvvəldən demişik ki, Azərbaycanın ərazi bütövlüyünə və milli suverenliyinə nəinki hörmət edir, həm də onun qorunmasına kömək etməyə hazırıq. Amma iranlı sürücülərlə rəftarı dostyana və mehriban qonşuluq davranışı saymırıq".

Səid Xətibzadə vurğulayıb: "Bakı rəsmiləri sərhədçilərinin İran vətəndaşları ilə necə rəftar etməsinə daha diqqətli olmalıdırlar. Sionist rejimin (İsrailin - red.) Azərbaycanın içərisindən bəyanatlar verməsi və hərəkətləri Azərbaycanla əlaqələrə dair mülahizələr yaradır. Aydın olan budur ki, Azərbaycan sərhədlərindən İrana qarşı üçüncü tərəfin sui -istifadə etməsinə icazə verməməlidir. Bakının suveren vəzifələrini yerinə yetirməsi daha yaxşıdır və ikitərəfli münasibətlər doğru yoldadır".

Xarici İşlər Nazirliyinin sözçüsü daha qeyd edib: "İran-Azərbaycan münasibətləri, eləcə də İran-qonşu dövlətlər münasibətləri vasitəçiliyə ehtiyac duymur. Orta Asiya və Cənubi Qafqazdakı qonşu ölkələrlə münasibətlərimiz ciddilik və yaxşı dinamizmlə davam edir. Moskva ilə strateji tərəfdaşlığımız var və hər zaman ətrafımızda, Rusiyadakı hadisələri əhatə edir". / Yenisabah.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi