İran Prezidenti: “Ərazi bütövlüyünün təmin olunması Azərbaycan xalqının hüququdur”
“Ərazi bütövlüyünün təmin olunması Azərbaycan xalqının hüququdur”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib
“Coğrafi sərhədlərin dəyişməsini istəmirik. Ərazi bütövlüyünün təmin edilməsi Azərbaycan xalqının hüququdur”, - deyə İran Prezidenti vurğulayıb.
H. Ruhani qeyd edib ki, İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.
O, İran Xarici İşlər Nazirliyinin (XİN) münaqişənin həlli ilə məşğul olduğunu da bildirib.