azia.az
azia.az

İranın Qarabağla bağlı DƏHŞƏTLİ PLANI üzə çıxdı: Sən demə işğal vaxtı... - Buna görə torpaqların azad olunmasını istəməyiblər

16-09-2021, 11:18

İranın Qarabağla bağlı DƏHŞƏTLİ PLANI üzə çıxdı: Sən demə işğal vaxtı... - Buna görə torpaqların azad olunmasını istəməyiblər
“Azərbaycanın torpaqlarını işğaldan azad etməsi ilə İran həm də sanksiyalardan daha az zərərlə çıxmaq üçün istifadə etdiyi platformanı itirdi. İşğal dövründə Tehran Qarabağda “çirkli pulların yuyulması” mexanizmini qurmuşdu”.

Azia.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, İrandan Qarabağa gətirilən pullar burada iranlılar tərəfindən qurulmuş banklar vasitəsilə İrəvanda yenə iranlıların qurduğu banklara ötürülür və “təmizlənirdi”:

“Dünya Bankının 2019-cu il hesabatında bununla bağlı konkret faktlar əksini tapıb. Hesabatda qeyd olunur ki, 2017-ci ildə Azərbaycandan Ermənistana 7 milyon, 2018-ci ildə 2011 milyon dollar pul köçürülüb.

Erməni müxalifəti 44 günlük müharibədən sonra “Azərbaycandan Ermənistana 211 milyon pul köçürülüb” detalından “türklərə satılıb” ittihamı ilə Paşinyana qarşı arqument kimi istifadə edirdi. Hərçənd Azərbaycandan köçürülən pul əslində Qarabağdan köçürülən İran pul idi.

Dünya Bankı beynəlxalq hüquqa əsasən Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün pul transferini də bu prinsiplə hesablayır”.

A.Nərimanlının sözlərinə görə, ABŞ Konqresinin Nümayəndələr palatasının keçmiş üzvü Dan Barton da 2018-ci ildə verdiyi müsahibəsində İranın Qarabağdakı banklar vasitəsilə pulları “yuduğunu” və “Hizbullah”ı maliyyələşdirdiyini açıqlamışdı:


“Bu, İranın işğal dövründə Azərbaycan torpaqlarında həyata keçirdiyi qanunsuzluqların kiçik bir hissəsidir. Müharibədən sonra bu mexanizmdən məhrum oldular. Bu gün Tehranın Xankəndidəki separatçı-terrorçu rejimə dəstək vermək üçün “min bir əziyyətə” qatlanmasının səbəblərindən biri də “bəlkə bu mexanizmi xilas” etmək ümididir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi