azia.az
azia.az

Avropa Birliyi Azərbaycanı təhlükəsiz ölkələr siyahısından çıxara bilər

8-09-2021, 12:43

Avropa Birliyi Azərbaycanı təhlükəsiz ölkələr siyahısından çıxara bilər
Avropa Birliyinin xüsusi səhiyyə komitəsi Azərbaycan, Serbiya, Bruney, Albaniya, Ermənistan və Yaponiyanı epidemioloji baxımdan təhlükəsiz ölkələr siyahısından çıxarmağı təklif edib. Siyahıya Uruqvay da daxil edilə bilər.

Qərarın bu gün yekun müzakirə olunacağı və həftəsonuna qədər rəsmiləşəcəyi gözlənilir. Rəsmi Brüsselin səhiyyə komitəsinin təkliflərini adətən təsdiqləyir.

Belə qərar verilərsə Azərbaycan vətəndaşları test və koronavirus karantini kimi daha sərt nəzarət mexanizmləri ilə üzləşə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi