Norveç Azərbaycanı bu siyahıdan çıxarıb
Norveç Azərbaycanı səfərlərin tövsiyə olunmadığı ölkələr siyahısından çıxarıb.
Bu barədə Trend "SchengenVisaInfo.com"a istinadən xəbər verir.
Məlumata əsasən, bu barədə qərar iyulun 19-u qüvvəyə minib. Qeyd edilir ki, ölkənin sözügedən siyahıdan çıxarılması bu Azərbaycandan Norveçə gələnlərin karantin tələblərinə riayət etməməsi demək deyil.
Bildirilir ki, hazırdı Norveç Azərbaycanı koronavirus üzrə "bənövşəyi" siyahıya aid edir, bu da ölkədə gündəlik az sayda yeni yoluxma halının qeydə alınması deməkdir.