azia.az
azia.az

Rusiya MN-in təxribatı: Bakı belə cavab versə...

4-09-2021, 14:04


Rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Rusiya Müdafiə Nazirliyinin elan etdiyi tenderdə “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlədilməsi məsələsini şərh edib.

Azia.az həmin şərhi təqdim edir:

“Dövlət satınalmaları saytındakı tenderdə Rusiya sülhməramlılarının “Dağlıq Qarabağ Respublikası”ndakı hərbi şəhərciklərinə xidmətlə bağlı elan yerləşdirilib.

Əlbəttə, bundan ötrü saç yolmaq, əsəbləşib qeyzə gəlmək, Rusiya səfirini Azərbaycan XİN-ə çağırıb, yüzlərlə nota təqdim etmək - şifahi, yaxud yazılı – olar. Lakin daha effektiv başqa yol da var.

Təlimat vermək olar ki, yüzlərlə azərbaycanlı sahibkar ən minimal qiymətlərlə bu tenderdə iştirak etsin. Misal üçün, 1 kv.m-i 1 rubl... Bundan sonra Azərbaycan MN rus sülhməramlılarının bütün sirlərini öyrənəcək - alt paltarlarının ölçüsünə qədər...

Rusiyalı məmurların siyasi qeyri-peşəkarlığına (yaxud, axmaqlığı) ən kinayəli şəkildə istehza ilə yanaşılmalıdır. Yalnız gülüşlə xamlığı və cəhaləti məhv etmək olar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi