SON DƏQİQƏ: Ərdoğandan QƏRBƏ SƏRT MESAJ: Azərbaycanda... - Bənzəri görülməmiş embarqo ilə qarşılaşdıq
“Artıq SİHA-larımız var. Artıq Akıncılarımız var. Hamısından var. Artıq dilənçi deyilik. Əksinə indi bizdən istəyirlər”.
Azia.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, hələ Baş nazir seçiləndə pilotsuz uçuş aparatları üçün ABŞ-a müraciət edib. Lakin rədd cavabı alıb:
“İndi hamı bizdən SİHA istəyir. Azərbaycanda sözümüzü SİHA-larla dedik. Liviyada SİHA-larımızla var idik. Çünki bunların hamısı bizdə var. Müdafiə sənayesinin inkişaf etdirilməsi ilə bağlı öz iradəmizi ortaya qoymağa başlayanda bənzəri görülməmiş embarqo ilə qarşılaşdıq”.
Ərdoğan bildirib ki, maneələrə baxmayaraq Türkiyə doğru bildiyi yoldan dönməyəcək.