Mədət Quliyev Dmitri Pantus ilə görüşdü
Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev İstanbulda keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Belarusun Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən Azia.az-a bildiriblər ki, görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Söhbət zamanı bir sıra digər məsələlər də müzakirə edilib.