azia.az
azia.az

Lavrov Yerevanda çıxış etdi və...

6-05-2021, 19:45



Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağda sülh şəraitində həyat qurmaq üçün gedən prosesləri siyasiləşdirməməyə çağırıb.
Lavrov Yerevanda çıxış etdi və...
Virtualaz.org bildirir ki, bu barədə TASS məlumat yayıb.

“İndi prosesi siyasiləşdirməyə ehtiyac yoxdur. Proses kifayət qədər çətin gedir, çünki bu regionun birləşdirilməsi marşrutları ilə əlaqədar məsələlər həll olunur. Sərhədlərin delimitasiya və demarkasiya məsələləri həll olunur. Bunlar regionun rahat nəfəs alması və dinc həyat yaşaması üçün həll edilməsi lazım olan praktik, başa düşülən şeylərdir”, - deyə Rusiya XİN başçısı Yerevanda erməni həmkarı Ara Ayvazyanla görüşün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında çıxışı zamanı bəyan edib.

S.Lavrov qeyd edib ki, sözügedən məsələləri sonraya saxlayıb, əvvəlcə siyasi diskussiyalarla məşğul olmağa cəhd edənlər bütün prosesi alt-üst edirlər.

“Siyasi prosesləri insanların normal yaşayışının təmin olunmasından - necə ki, azərbaycanlılar və ermənilər on illər, yüz illər boyunca normal yaşayıblar - sonra həll etmək olar", - deyə Rusiya XİN rəhbəri vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi