azia.az
azia.az

Azərbaycan və Ermənistan arasında RAZILIQ: Lavrov ELAN ETDİ

19-05-2021, 17:03


Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı vasitəçi olmaq fikrindədir.

AZİA.AZ xəbər verir ki, bu barədə Ria Novosti məlumat yayıb.
Azərbaycan və Ermənistan arasında RAZILIQ: Lavrov ELAN ETDİ

Məsələ ilə bağlı Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, tərəflər arasındakı ilkin razılığa əsasən Rusiya Federasiyası, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət komissiyanın da köməyi ilə Qərbi Zəngəzur (Sünik) bölgəsində "sərhədləri aydınlaşdırmaq üçün" müəyyən işlər görməyə çalışa bilər.

Syunik bölgəsindəki yolun bəzi hissələrində təhlükəsizlik Rusiya sərhədçiləri tərəfindən təmin edilir. Razılaşmalara əsasən, onlar Goris - David Bek və Goris - Qapan yollarının ərazisindən keçən hissələrində trafikə nəzarət edirlər.

RİA Novosti yazır ki, bu ərazidəki yaşayış məntəqələrinin sakinləri Azərbaycan ordusunun yeni döyüş postlarının yerləşdirilməsinin onların təhlükəsizliyini təhdid etdiyini düşünürlər. Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla sərhəddə baş verən proseslər demarkasiya və delimitasiya hesab edilə bilməz, yalnız müəyyən sərhəd məntəqələrinin yerini müəyyyənləşdirməkməqsədi güdür.

Məlumat üçün bildirək ki, Geqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan bildirib ki, Azərbaycan silahlı qüvvələri əlverişsiz hava şəraitinə görə, mövqelərini qışda yerləşdirə bilmədiyi üçün bunu indi etməyə qərar verdi. Danışıqlar nəticəsində Azərbaycan tərəfinin mövqelərini harada quracağı və Ermənistan tərəfinin hansı istiqamətdə yerləşəcəyi qərara alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi