Türkiyənin Müdafiə naziri Şoyquya zəng etdi
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və onun rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.
Azia.az “Anadolu”ya istinadən bildirir ki, tərəflər Ermənistanın Azərbaycana təcavüzü məsələsini müzakirə ediblər.
Məlumata görə, H.Akar S.Şoyquya mülki əhaliyə hücum edən Ermənistanın buna son verməsi və işğal etdiyi ərazilərdən çıxarılmasının vacib olduğunu bildirib.
"Ermənistan humanitar barışıq rejimini pozur. Yerevan qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır. Bakı ədaləti daha 30 il gözləyə bilməz. Türkiyə Azərbaycan tərəfinin ədalətli mövqeyini dəstəkləməyə hazırdır", - deyə türkiyəli nazir bildirib.
Telefon danışığı zamanı İdlib və Liviyada müdafiə və təhlükəsizlik məsələlərinə dair də fikir mübadiləsi aparılıb.