azia.az
azia.az

Rusiya və Türkiyənin Zəngəzurda birləşən maraqları - Bu yol...

30-01-2021, 12:56


"Bu gün Moskvada keçiriləcək 11 yanvar üçtərəfli bəyanatına uyğun olaraq Azərbaycan, Rusiya və Ermənistan hökumət başçıları müavinləri səviyyəsində işçi qrupun ilk görüşünü ümidverici görüş saymaq olar".
Rusiya və Türkiyənin Zəngəzurda birləşən maraqları - Bu yol...
Bunu Milli.Az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, regionda nəqliyyat dəhlizlərini, kommunikasiyaların tez bir zamanda işə düşməsi üçün Rusiya tərəfi Ermənistana müəyyən təzyiqlər göstərə bilər:



"İş artıq o yerə gəlib ki, tərəflər praktiki məsələlərlə bağlı işlərin görülməsinə başlayırlar, bu da ümidvercidir. Digər bir tərəfdən regional mənzərəsi onu göstərir ki, artıq bu cür nəqliyyat layihələrinə böyük əhəmiyyət verilir və onların əhəmiyyəti olduqca artır. Çünki mal dövrüyyəsi, müxtəlif dövlətlər, regional iştirakçılar arasında ticarət dövrüyyəsi artır və bütün bunlar da yeni nəqliyyat infrastrukturunun yaranmasını tələb edir. Hətta Azərbaycan İran hökümətlərarası birgə komissiyasının keçirdiyi iclasda da yeni dəmiryolunun tikilməsi ilə bağlı məsələ qaldırılıb, yeni dəmiryolu terminalının tikilməsi ilə bağlı təkliflər irəli sürülüb. Bu ondan xəbər verir ki, hətta ikitərəfli münasibətlər çərçivəsində nəqliyyat məsələləri çox vacibdir.

Ermənistanda Mehri dəhlizindən çox mühüm bir nəqliyyat xətti keçir. O infrastrukturun bərpası imkan yaradır ki, Rusiyadan Azərbaycan, Naxçıvan vasitəsi ilə Türkiyəyə birbaşa dəmiryolu xətti açılsın. Eyni zamanda Naxçıvandakı Culfa dəmiryolu keçidi vasitəsilə həmin bu dəmiryolu nəqliyyatı İranla da birləşdirilə bilər. Sovetlər dönəmində Türkiyənin Qars şəhərindən Gümrü, Naxçıvan, Mehri, Bakıdan keçməklə Rusiyanın ərazisinə belə bir dəmiryolu xətti fəaliyyət göstərirdi. İndi Türkiyə də, Rusiya da müəyyən dərəcədə bu nəqliyyat xəttinin bərpası ilə bağlı maraqlarını göstərirlər. İndiki şəraitdə Qarsdan Naxçıvana (Qars-İqdır-Naxçıvan) birbaşa dəmiryolu xətti tikilir ki, bu da İrəvandan keçmədən Türkiyə, Naxçıvan, Mehri dəhlizi və Azərbaycandan Rusiyaya çıxışı təmin edən bir dəmiryolu xətti olacaq. Ona görə də Ermənistanın konstruktiv mövqeyindən çox şey asılıdır. Düşünürəm ki, Rusiya tərəfi Ermənistana burada müəyyən təzyiqlər göstərə bilər. Ermənistan ərazisində fəaliyyət göstərən Rusiya dəmiryolu şirkətinin törəməsi olan "Cənubi Qafqaz Dəmiryolu Şirkəti" Rusiyaya məxsusdur və onun da marağındadır ki, bu yol açılsın".

Təhməz Əsədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi