İlham Əliyev: "Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb enerji nəqliyyat yolları istifadəyə veriləcək"
"Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır. Azərbaycan ərazisində Şimal-Cənub dəmiryolu layihəsi ilə bağlı bütün işlər tamamlanır, bütün infrastruktur hazırdır".
"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin isttifadəyə verilməsi münasibətilə Bakıda keçirilən tədbirdə deyib.
"Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq. Hesab edirik ki, bu, mümkündür. Gələcəkdə Şimal-Qərb və Cənub-Qərb enerji nəqliyyat yolları istifadəyə veriləcək", - dövlət başçısı qeyd edib.
İ.Əliyevin sözlərinə görə, iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək: "Bakı-Tbilisi-Qars tarixi İpək yolunun bir hissəsinin bərpası deməkdir".