azia.az
azia.az

Novruz Məmmədov: Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur

27-04-2016, 11:10

 Novruz Məmmədov: Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur "Əgər biz dünyada olan problemləri nəzərə almasaq və qərarlar verməsək heç bir nəticə əldə edə bilmərik".
Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu çərçivəsində "Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması" mövzusunda sessiyada çıxışı zaman deyib.
N.Məmmədov bildirib ki, dünyada proseslər siyasi iddialarla idarə edilir: "Dünyada münaqişələrin həlli üçün müxtəlif yanaşmalar var".
N.Məmmədov qeyd edib ki ki, vaxtilə dünyada 10-a qədər münaqişə var idi, lakin bu gün münaqişələrin sayı 50-ni ötüb.
N.Məmmədov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç kəs beynəlxalq prinsipə istinad etmir.
N.Məmmədov bildirib ki, Dağlıq Qarabağ probleminin təməlində geosiyasi ambisiyalar durur: "Dağlıq Qarabağın ətrafında 7 rayon işğal altındadır, ancaq bu barədə heç kim danışmır. Beynəlxalq hüquqa əməl edilməlidir. Bu gün Dağlıq Qarabağ məsələsi barədə beynəlxalq hüquq prinsipinə riayət edilmir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi