azia.az
azia.az

Koroğlu kimi kişidir, amma uşağı olmur...

9-08-2018, 07:18

Sonsuzluq nədir?

Guya kiminsə uşağı olmamasıdır.
Boş söhbətdir.

Sonsuzluq bir qadın və bir kişinin həftədə ən az 2 dəfə qorunmasız əlaqədə olmasına baxmayaraq 16 ay sonra qadının hamilə qalmamasıdır.

"Doktor, 4 aydır evliyik, hamilə deyil"....

Sonsuzluqla əlaqəsi yoxdur.

"Doktor, mən, dənizdə işləyirəm. Yoldaşımı da ayda 1 dəfə görürəm. Artıq 3 ildir evliyik. Hamilə qalmır."
Bu da sonsuzluq deyildir.
Əslində çox şey sonsuzluq deyildir.

Bir də sonsuzluq "nəmənə" xəstəlikdir görəsən?

Bax, sizin dişin ağrıyırsa, sizin dişiniz xəstədir. Ananızın, oğlunuzun və ya qonşunuz Zərnigarın deyil - sizin dişiniz xəstədir.

Sonsuzluq elə br hal deyildir.
Sonsuzluq bir cütün xəstəliyidir.
Sonsuz kişi yoxdur.
Sonsuz qadın da yoxdur.
Sonsuz cütlük vardır.

Bu gün hamilə qala bilməyən cütlərdən:

30 %-də səbəbkar kişidir.
30%-də səbəbkar qadındır.
30%-də səbəbkar hər ikisidir.
10%-də səbəb bilinmir.

Necə yəni bilinirmir?
Sadəcə bilinmir.
Əgər müntəzəm əlaqəyə baxmayaraq, 16 ay sonrasında hamilə qalmaq istəyir, amma hamilə qala bilmirsinizsə, həkimə gedin.

Kim getsin?

İkiniz də..
Həm qadın, həm kişi.
Kişinin bığının, saqqalının, bir də öküz kobudluğunun olması toxumunun yaxşı olduğu mənasına gəlmir.
Lənkərandan bir oğlan tanıyırdım (Pubmed-də dərc edilmiş məqaləm var), bığlı-saqqallı, belə Koroğlu kimi oğlan idi. Amma genetik olaraq qadın idi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi