azia.az
azia.az

Uşağa süni cinsiyyət orqanı tikildi-Azərbaycanda ŞOK əməliyyat

8-12-2017, 09:55

GƏLƏCƏKDƏ ATA OLA BİLƏCƏK

Azərbaycanda daha bir nadir patalogiyalı uşaq doğulub.

Medicina.az xəbər verir ki, uşağın cinsiyyət orqanı olmayıb.

Həkimlər yenidoğulmuşa apeniya diaqnozu qoyub.

APENİYA – cinsiyyət orqanının olmaması və sidik axarının düz bağırsağa açılması sindromudur. Bu, tibbi ədəbiyyatlarda belə dəqiq məlumatı olmayan patologiyadır.

Həkimlər oğlan olduğu dəqiqləşdirilən 2 aylıq körpə üçün yerli toxumalarından və Gortex adlanan materialdan süni cinsiyyət orqanı düzəldib.

Süni orqan Grand Hospitalın uşaq cərrahı, Tibb elmləri üzrə fəlsəfə doktoru Toğrul Ömərov tərəfindən uşağa tikilib.

Əməliyyat zamanı sidik kanalı xayaların alt hissəsinə qədər gətirilib.

Toğrul həkimin dediyinə görə, süni orqan gələcəkdə uşağa heç bir narahatlıq yaratmayacaq, heç bir pozğunluq törətməyəcək, bu orqan sadəcə sidik ifrazında rol oyanayacaq.

Uşağı daha 3 etaplı əməliyyat gözləyir ki, bundan sonra sidik kanalı bu orqanın ucuna çəkiləcək.

"Bəs bu uşaq gələcəkdə ata olmaq qabiliyyətinə malik olacaqmı” sualına cərrah "mümkündür” cavabını verib: "Xayalar normal inkişaf etdiyindən oradan sperm hüceyrələri götürülüb, süni mayalandırma ilə pasiyentin ata olmasını təmin etmək olar”.

Aygün Musayeva
Uşağa süni cinsiyyət orqanı tikildi-Azərbaycanda ŞOK əməliyyat
Uşağa süni cinsiyyət orqanı tikildi-Azərbaycanda ŞOK əməliyyat


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi