azia.az
azia.az

Yüksəkdozalı Vitamin C -nin vərəmin müalicəsindəeffekti

22-09-2022, 10:15


Vərəm xəstəliyində tənəffüs yollarının patogenetik müalicəsində, vərəmin kimyaterapiyasının effektini artırmaq, onun əlavə təsirlərinin qarşısını almaq və aradan qaldırmaq üçün vitamin tərkibli preparatların istifadəsi tövsiyə olunur.

İmmunotrop adyuvant kimi vitamin C antimikobakterial effekt ilə xarakterizə olunur və bilavasitə invaziv patogen amilin aradan qaldırılmasına təsir göstərir.


Medicina xəbər verir ki, Vitamin C F3+-ə bərpaedici təsir edərək, onu F2+-ə çevirir, bu da oksigenin iştirakı ilə Fenton və Qaber-Veyss reaksiyası nəticəsində superoksid, hidrogen peroksid və hidroksil radikallarına generasiya olunur. Bu radikallar sonra M. tuberculosis-in DNT və lipidlərini zədələyərək vərəm törədicilərinin aktivliyini basqılayır. Digər mənbələrə görə vitamin C M. tuberculosis-in, boy və stress reaksiyasının tənzimlənməsində iştirak edən quanozin 5-difosfat -3-difosfat molekulunun səviyyəsini azaldır. Volçeqorski və həmmüəlliflərinin apardığı tədqiqatda vitamin C vərəm xəstəliyinin fibroz-kavernoz vərəmə keçmə ehtimalını azaldır və vərəmdən sonrakı kiçik dəyişikliyin formalaşması ilə bir illik kimyaterapiya kursunun qənaətbəxş sona çatmasına yardım edir. Tədqiqatçılar həm də, vitamin C-nin sinergist effektini rifampisin və izoniazidlə kombinə olunmuş şəkildə istifadəsində aşkar edə bilmişdilər.

Vitamin C-nin yüksəkdozada tətbiqinin mahiyyəti

https://www.sciencedirect.com/science/article/pii/S2213231716302634

Vitamin C toxuma tənəffüsünü yaxşılaşdırır, zədələnmiş hüceyrələri aradan qaldırır, toxumaların regenerasiyasını sürətləndirir, eritrositlərin əmələgəlmə prosesində iştirak edir, qan damarlarının keçiriciliyini normallaşdırır və bir çox başqa funksiyalar yerinə yetirir. Bu genişmiqyaslı təsir spektrinə malik olan vitaminin qidadan mənimsənilməsi 12-barmaq bağırsaq və nazik bağırsağın proksimal hissəsində Na-dan asılı nəqliyyat molekullarının (SVCT1 və SVCT2) iştirakı ilə baş verir. Lakin həmin üzvlərdə bu molekullar məhdud sayda və aktivlikdə olduğundan askorbin turşusunun peroral mənimsənilməsi məhdudlaşır. Digər tərəfdən də askorbatın böyrəklər vasitəsilə ifrazı sayəsində vitamin C-nin qanda miqdarı azalır. Bütün bunları nəzərə aldıqda görürük ki, vitamin C-nin parenteral tətbiqi itkisiz, tez və daha az enerji sərf edərək qanda yüksək konsentrasiyasını təmin etməyə imkan verir.


Profilaktik qəbuldan fərqli olaraq patoloji proseslərin effektiv müalicəsində Vitamin C-nin yüksək konsentrasiyası tələb olunur. Belə ki, askorbin turşusu orqanizmdə hidrogen-peroksid əmələ gətirir. Bilirik ki, hidrogen-peroksid canlı hüceyrələr üçün zədələyici maddədir. Sağlam hüceyrələr katalaza enzimi vasitəsilə bu maddəni deaktivasiya edirlər. Lakin zədələnmiş hüceyrələrdə həmin enzimin miqdarı az olduğundan onlar vitamin C-nin bu çevrilmə məhsuluna qarşı çox həssasdırlar. Qanda askorbin turşusunun az olması zədəli hüceyrələrə hidrogen-peroksidin təsirindən yayınmağa imkan yaradır. Bu səbəbdən də bir çox xəstəliklərin müalicəsində, o cümlədən hipoksiyaya qarşı mübarizədə vitamin C-nin yüksək dozada tətbiqi daha uğurlu nəticə almağa şərait yaradır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi