azia.az
azia.az

Təhsil nazirinin müşaviri saxta COVID pasportu ilə bağlı xəbərdarlıq edib

24-08-2021, 13:45

Təhsil nazirinin müşaviri saxta COVID pasportu ilə bağlı xəbərdarlıq edib
“Peyvəndlə bağlı neqativ halların olması Operativ Qərargahın brifinqdə də səsləndirildi”.

Azia.az APA-ya istinadən xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib.

O qeyd edib ki, bu məsələ Təhsil Nazirliyinin səlahiyyətləri daxilində deyil: “Peyvəndlə bağlı neqativ hallara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülür.

Buradan təhsil işçilərinə müraciət edirəm. Saxta COVID-19 pasportu alaraq həyatınızla risk edirsiniz.

Əlimizdə belə məlumatlar olarsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi