Həkimin təyin etdiyi dərmanları içən 14 nəfər zəhərlənib - AÇIQLAMA
“Avqust ayında 14 nəfər dərman zəhərlənməsi ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edib”.
Azia.az xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.
O qeyd edib ki, onlar həkim təyinatı ilə edilən dərmanları içiblər, amma belə xoşagəlməyən vəziyyət əmələ gəlib:
“Dərman zəhərlənməsi ilə müraciət edən xəstələrin 70 faizi qadın, 30 faizi isə kişi olub”.
Baş toksikoloq əlavə edib ki, bu ay 8 nəfər allergik reaksiya ilə gəlib:
“Həmin şəxslər də həkim təyinatı ilə olan dərmanları içiblər, amma bədən həssaslığı nəticəsində belə reaksiya olub”.