azia.az
azia.az

Araq və dərmandan zəhərlənmələr var –Xəstəxanadan açıqlama

28-08-2017, 17:41

Araq və dərmandan zəhərlənmələr var –Xəstəxanadan açıqlama




“Bayram günlərində (iyunun 25-dən 28-dək) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 5 müraciət daxil olub”.

Bu barədə “Report”a Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, müraciət edən şəxslərdən bir nəfəri ilan sancıb: “Daxil olanlardan ikisi uşaqdır, onlar da dərmandan zəhərlənmə ilə müraciət ediblər”

A.Maqsudov qeyd edib ki, Mərkəzə daha 2 nəfər sərxoş adam gətirilib: “Onlar spirtli içkidən zəhərləniblər”.

Şöbə müdiri vurğulayıb ki, daxil olan xəstələrdən 2-si xəstəxanaya qəbul edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi