azia.az
azia.az

Əbülfəs Qarayev Kristovam Buarke ilə görüşüb

4-03-2016, 15:31

Əbülfəs Qarayev Kristovam Buarke ilə görüşüb Martın 4-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Braziliya Senatının komitə sədri Kristovam Buarkenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-Braziliya arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Senator Kristovam Buarke Azərbaycanın mədəniyyət sahəsindəki fəaliyyətini alqışlayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərə xüsusi maraq göstərdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan mədəniyyəti olduqca yüksək səviyyədə beynəlxalq aləmdə təbliğ olunur, multikulturalizm və tolerantlıq nümunəsi kimi dünyaya səs salır.
Ə.Qarayev görüşdə 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, 2008-ci ildən ölkəmizdə keçirilən Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verdi. Nazir həmçinin, nümayəndə heyətinin rəhbərini 7-ci Qlobal Foruma və 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Görüşün sonunda gələcəkdə mədəniyyətlərarası dialoq sahəsində birgə layihələrin həyata keçirilməsinin faydalı olacağı qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi