Kristofer Nolan Homerin “Odisseya”sını ekranlaşdıracaq
Amerikalı rejissor Kristofer Nolan qədim yunan şairi Homerin “Odisseya” poemasını ekranlaşdıracaq.
Bu barədə
“Kristofer Nolanın növbəti filmi “Odisseya” dünya miqyasında yeni IMAX film texnologiyası ilə çəkilmiş əfsanəvi döyüş janrlı epopeyadır. Film Homerin fundamental saqasını ilk dəfə IMAX film ekranlarına gətirir və 17 iyul 2026-cı ildə bütün kinoteatrlarda nümayiş olunacaq”, – kinostudiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Qeyd edək ki, Kristofer Nolan zaman, yaddaş və insan şüuru mövzularını gündəmə gətirən mürəkkəb filmləri ilə tanınan britaniyalı kinorejissor, ssenarist və prodüserdir. Onun ən məşhur əsərləri arasında “Başlanğıc”, “Ulduzlararası”, “Betmen” trilogiyası və müasir kinematoqrafiyanın görkəmli nümunələrindən biri kimi qəbul edilən “Oppenhaymer” tarixi dramı yer alır.