Tənhalıqda rahatlıq tapan bürclər
Astroloji yanaşmalara görə, bəzi bürclər üçün təklik kədər deyil, əksinə rahatlama və yenilənmə vasitəsi hesab olunur. Onlar izdihamlı mühitlərdə enerji toplaya bilsələr də, özləri ilə tək qalmaqdan xüsusi zövq alırlar.
Xəbər verilir ki, mütəxəssislərin şərhlərinə görə Dolça bürcü fərdləri sosial olsalar da, şəxsi məkanlarına ciddi ehtiyac duyurlar. Onlar tək qaldıqda düşüncələrini toparlayır, yeni ideyalar yaradır və öz daxili ritmlərinə qayıdırlar. Bu səbəbdən təklik onlar üçün daha çox zehni yenilənmə kimi qəbul edilir.
Oğlaq bürcü tənhalığı zəiflik kimi deyil, daha çox fokuslanma və planlaşdırma imkanı kimi dəyərləndirir. Bu bürcün nümayəndələri tək qalaraq gələcək hədəflərinə daha aydın şəkildə yönələ bilirlər.
Əqrəb bürcü isə dərin daxili dünyası ilə seçilir. Onlar bəzən özlərini toplamaq və emosional balansı bərpa etmək üçün tənhalığa ehtiyac duyurlar. Mütəxəssislərə görə bu vəziyyət kədər deyil, daha çox daxili gücün bərpası prosesi kimi izah olunur./demokrat