azia.az
azia.az

Spirtli içki haqqında böyük yalan: Alimlər xəbərdarlıq edir

Bu gün, 12:06

Yeni elmi araşdırma az miqdarda spirtli içki qəbulunun zərərsiz olması ilə bağlı fikirləri təkzib edib.
Azia.az Demokrat.az-a istinadən 
xəbər verir ki, "Journal of Studies on Alcohol and Drugs" jurnalında dərc olunan yeni hesabat alkoqolun sağlamlığa təsirlərini yenidən gündəmə gətirib. Tədqiqatın nəticələrinə görə, gün ərzində qəbul edilən cəmi bir qədəh spirtli içki belə insan orqanizmində ciddi fəsadların yaranma riskini artırır.

Alimlər müəyyən ediblər ki, müntəzəm və az miqdarda alkoqol istifadəsi vaxtından əvvəl ölüm, xərçəng və ürək-damar xəstəliklərinin inkişafına birbaşa təkan verir. Araşdırma çərçivəsində az dozada spirtli içkinin orqanizmi qoruduğuna dair indiyə qədər irəli sürülən iddiaların heç bir elmi əsası olmadığı sübuta yetirilib.

Mütəxəssislər əhalinin sağlamlıq vəziyyətini qorumaq üçün alkoqol istehlakını kəskin şəkildə azaltmağı və ya ondan tamamilə imtina etməyi tövsiyə edirlər.

Jalə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi