Paşinyan ölkədən qaçmaq istəyən Köçəryana səsləndi: "Səni sındıracam və..."
Ermənistanın baş naziri Nikol Paşinyan müxalifət liderləri barədə sərt bəyanatla çıxış edib.
Azia.az KONKRET.az-a istinadən xəbər verir ki, o, sosial şəbəkədə yayımladığı videomüraciətdə müxalifətin əsas simaları – Samvel Karapetyan, Robert Köçəryan və biznesmen Qaqik Tsarukyan barədə danışaraq onların “sındırılacağını” bildirib.“Seçki kampaniyası zamanı da demişdim ki, siz Ermənistandan qaçmaq imkanı arzulayacaqsınız, lakin belə bir fürsətiniz olmayacaq”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir qeyd edib ki, Ermənistanın digər sabiq prezidenti Serj Sarkisyan da diqqətdən kənarda qalmayıb. Qeyd edək ki, Ermənistan hakimiyyəti Rusiyaya getməyə çalışan Robert Köçəryanın ölkədən çıxışına qadağa qoyub.
Müşviq Tofiqoğlu