azia.az
azia.az

Hesablama Palatası tikinti sektoru İLƏ BAĞLI AÇIQLAMA YAYDI-DİQQƏT

Bu gün, 14:47

2025-ci ildə Azərbaycanda tikinti sektoru 0,4 % kiçilib. Halbuki ilin əvvəlində sektorda 4,8 % artım proqnozlaşdırılıb, sonradan bu göstərici 7,9 %-ə yüksəldilib.

Xəbər verilir ki, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.


Sənədə əsasən, ötən il qeyri-neft-qaz sektorunda qeydə alınmış 2,7 % artıma əsas töhfə nəqliyyat və ticarət sahələrindən gəlib. Tikinti sektoru isə qeyri-neft-qaz iqtisadiyyatının azalmanın müşahidə olunduğu əsas sahələrdən biri olub.

Palatanın təhlillərinə əsasən, 2022-2025-ci illərdə tikinti sektoru orta hesabla 9,6 % artsa da, 2025-ci ildə bu sahədə qeydə alınan geriləmə əvvəlki illərin müsbət dinamikasından fərqlənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi