Kənanın nikah şahidinin də adı bəlli oldu
Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Kənan İmirzalıoğlu ilə aktrisa Sinem Kobal mayın 14-də ailə qurmağa hazırlaşır.
Kənan İmirzalıoğlunun nikah şahidinin də adı məlum olub. Belə ki, o, “Ezel” serialında eyni rolu paylaşdığı, mərhum aktyor Tuncel Kurtizin xanımı Menend Kurtizi şahid olaraq seçib.
Qeyd edək ki, 1,5 ildir birlikdə olan cütlüyün toyu Cunda adasında olacaq. 300 qonağın dəvət olunduğu mərasimdə Kobal rəfiqəsi Tuvana Büyükçınarən hazırladığı gəlinliyi geyinəcək, 12 may tarixində adaya gedəcək. İmirzalıoğlu və yaxın dostları isə mayın 13-də Kobala qatılacaq.
Cütlük qonaqları üçün üç otel bağlatdırıb. Qonaqlar Ayvalıkdan Cundaya xüsusi bəzənmiş gəmilərlə gələcək. Bəy toy üçün 800 min türk lirəsi xərcləyib.
Sinem Kobal salonda bəzənməkdən narahat olacağı üçün İstanbuldakı saç ustası ilə razılığa gələrək onu 15 nəfərlik işçisi ilə Cundaya dəvət edib. Bu razılaşma isə nə az, nə çox 10 min dollara baha-başa gəlib.
Qonaqlar toyda Qaradənizin Tarkanı olaraq bilinən Selçuk Balcı və Anadolu türklərinin sevilən sənətçisi İsmayıl Altunsarayın mahnılarını dinləyəcək.