azia.az
azia.az

71 nəfərdə QİCS, 328 nəfərdə sifilis - qorxunc nikah statistikası

4-03-2016, 11:38

71 nəfərdə QİCS, 328 nəfərdə sifilis - qorxunc nikah statistikası “Azərbaycanda artıq 9 aydır ki, nikaha daxil olmaq istəyən cütlüklərdən qan nümunələri götürülür. Bu müddət ərzində 107500 nəfər müayinə edilib. İl ərzində nikahların sayına uyğun olaraq 180 min nəfərin müayinə edilməsi nəzərdə tutulub”. Bunu B .Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Z. Əlimirzəyeva bildirib ki, Azərbaycanda nikaha daxil olmaq istəyən 6222 nəfərdə talassemiya daşıyıcısı aşkarlanıb. 48 cütlüyün hər ikisində bu qan xəstəliyi aşkar edilib: “Bunlardan 4-5 cütlük nikaha daxil olmaqdan imtina edib. Ancaq xəstə cütlüklərdən ailə quranlar da var, hətta onlarda hamiləlik də müşahidə edilir. Həmin cütlüklər bizə müraciət edir və onların genetik müayinəsi aparılır. Fevralın 23-də ilk dəfə olaraq Perinatal Mərkəzdə dölün perinatal diaqnostikası aparılıb. Həmin döldə də xəstəlik aşkarlanıb. Həmin gənclərə bu barədə məlumat verdik və xəstəliyin ciddiliyi onlara başa salındı. Onlar da öz növbəsində hamiləliyi pozmağa qərar aldılar”.
Z. Əlimirzəyeva əlavə edib ki, 9 ay ərzində 71 nəfərdə QİCS, 328 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb. Bu barədə müvafiq mərkəzlərə həmin cütlüklərlə geniş məlumat verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi