Balaca uşaqla bərbər
İş adamı təraş olarkən bir yandan da bərbəriylə söhbət edirmiş. Bu vaxt qapının ağzından keçən bir uşaq görürlər. Bərbər, iş adamının qulağına pıçıldayır:
- Bu uşaq var aaa, dünyanın ən axmaq uşağıdır. Bax indi.
Bərbər uşağı çağırır:
-Əli, bura gəl.
Uşaq üzündə axmaq təbəssüm içəri girib salam verir.
Bərbər cibindən bir 50 manat və bir 5 manat çıxarıb uşağa deyir:
- Hansını istəyirsən götür.
Uşaq fikirli-fikirli hər iki pula baxıb 5 manatı götürüb qaçır.
Bərbər iş adamına dönərək gülümsəyir:
-Gördünüzmü? Mən sizə demişdim.
Təraşdan sonra adam çölə çıxır və həmin Əlini görür. Yanına gedib, niyə 50 manatı yox, 5 manatı götürdüyünü soruşur. Uşaq bic-bic gülümsəyərək deyir:
-Bu bərbər hər müştəri gələndə mənimlə eyni oyunu oynayır. Əgər 50 manatı götürsəm, oyun bitər!
- Bəli, bəziləri ağlını axmaq görüntü altında gizlədərlər və beləcə əslində qarşısındakını axmaq vəziyyətə qoyarlar..