azia.az
azia.az

Məşhur müğənninin saçları 35 minə satıldı

27-09-2017, 15:40

Məşhur müğənninin saçları 35 minə satıldı Britaniyanın məşhur "Bitlz" qrupunun solisti Con Lennona aid saç tükləri 35 min dollara satılıb. Satış fevralın 20-də ABŞ-ın Dallas şəhərində Heritage ev muzeyində təşkil edilib.
Mütəxəssislərin dediyinə görə, 1966-cı ildə filmə çəkilərkən Lennon saçlarını alman bərbər Klaus Baruka kəsdirib və bərbər onun saçlarının bir hissəsini saxlayıb.
Məşhur müğənnidən yadigar qalan bu saçları ingiltərəli kolleksioner Pol Freyzerin satın aldığı bildirilir.
Eyni zamanda, Lennonun bu filmdə canlandırdığı rol üçün imic dəyişikliyi haqqında xəbər dərc eləmiş qəzet nüsxəsi də hərraca çıxarılıb. Freyzer hərraca çıxarılmış həmin nüsxəni də satın alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi