azia.az
azia.az

Gəlin bütün sevgililərini toyuna dəvət etdi və...

17-01-2023, 09:16

Azia.az media-Çində gəlin keçmiş sevgililərini toy ziyafətinə dəvət edib və onları eyni masada əyləşdirib. Qonaqların özləri xəcalət çəksələr də, sosial şəbəkə istifadəçiləri ürəkdən gülüblər.

Bu barədə “Asia One” yazır. 

Yerli mətbuatın yazdığına görə, qadın toyuna beş keçmiş sevgilisini dəvət edib. Onlar üçün ayrıca bir masa ayırıb, orada "keçmiş sevgililərin masası" işarəsi qoydururb. Toydan kadrlar sosial şəbəkələrdə yayımlandıqdan sonra şərhçilər gəlinin hərəkətinin onları güldürdüyünü etiraf ediblər.

"Deyəsən, onun keçmiş sevgililərinin hamısı eyni görünüşə malikdir",-deyə bir istifadəçi yazıb.

Bununla belə, müzakirənin bəzi iştirakçıları çinli qadının nişanlısı və toya dəvət etdiyi keçmiş sevgililərinə münasibətdə bunun “uyğunsuz” və “hörmətsizlik” olduğunu qəbul ediblər.

Xəzər

Cebhe.info


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi