
Twitter-i 44 milyard dollara satın alan İlon Musk işçilərinə e-poçt göndərərək çox çalışmalı olacaqlarını bildirib.
Azia.az xəbər verir ki, İlon Mask bununla razılaşmayan işçilərin 3 aylıq əmək haqlarını alaraq işdən çıxa biləcəklərini deyib.
O, Twitter-in rəqabət aparması üçün gərgin və saatlarla çalışmağın lazım olduğunu qeyd edib.
Mask cümə axşamı ABŞ vaxtı ilə saat 17:00-a qədər məktuba cavab verməyən hər kəsin istefasını qəbul edəcəyini söyləyib.
Sonda o, işçilərə Twitter-ə verdikləri töhfələrə görə təşəkkür edib.