azia.az
azia.az

Bu oyun birinin digərini yeməsi ilə nəticələnib-DƏHŞƏT

10-07-2022, 08:17

Bu oyun birinin digərini yeməsi ilə nəticələnib-DƏHŞƏT

İtalyan əsilli Saverio Bellante İrlandiyanın Dublin şəhərində yaşayan şizofreniya xəstəsi idi. Böyük bir cinayət törətməzdən öncə dünyada şər qüvvələrə qarşı mübarizə apardığı Allah üçün xüsusi bir missiyada olduğunu düşünürdü. O, son 48 saat ərzində dərmanlarını qəbul etməmişdi...

Xəbər verir ki, Saverio Bellante ev sahibi Tom Qormanı ziyarət edir və onlar vaxt keçirmək üçün şahmat taxtası önündə əyləşirlər.

Kifayət qədər sakit keçən oyunda birdən-birə gərginlik artır.

İddialara görə, ev sahibi Qorman Bellanteyə qəzəblənib, çünki S. Bellante tələb olunan qaydadan daha çox “kral” rolunu oynayıb. Sadə şahmat müzakirəsi Bellanteni də qəzəbləndirir və ev sahibi T. Qormanın sonunu gətirir. 43 yaşlı Bellante, 39 yaşlı Qormanı öldürür. Bellanteyə görə, ev sahibi onun “azadlığına son qoymağa və onu əsarətdə almağa” çalışırdı. Ev sahibinin ölümünə səbəb baş nahiyəsindən aldığı zərbə, boyun və döş qəfəsinin bıçaq xəsarətləri, sağ ağciyərin bədəndən çıxarılması, həmçinin qaraciyərin zədələnməsidir. Qormanın əzalarında da bəzi çatışmazlıqlar var idi.

S. Bellente dərhal polisə etiraf edib ki, dalaşıblar və qarşısındakı şəxsi bıçaqlayıb. Onun orqanlarını və əzalarını necə yediyi barədə heç bir təfərrüat verilməsə də, cəsəd o qədər dəhşətli vəziyyətdə olub ki, polis qurbanın şəxsiyyətini müəyyən etmək üçün DNT testinə ehtiyac duyub.

Qurbanın kəllə sümüyünün və döş qəfəsinin sol tərəfində böyük boşluq olub. Həmçinin mətbəxdəki boşqabda qaraciyərə oxşayan və toxunanda isti hiss edilən ət parçası aşkarlanıb. Yaxınlıqdakı zibil torbasında çoxlu parçalar da olub.

Dublin məhkəməsi Bellentenin Qormanı öldürməzdən iki gün əvvəl yaxşı və şər qüvvələr arasında döyüşdə olduğunu hiss edərək antipsikotik dərman qəbul etməyi dayandırdığını söyləyib. Psixiatr Stiven Monks əlavə edib ki, Bellante həddindən artıq paranoyaya çevrilib və adi hadisələrdən ciddi mənalar çıxarır. Monks Bellantenin kimisə öldürməyin mənəvi cəhətdən yanlış olduğunu bildiyini, lakin bu şəraitdə Bellantenin Qormanın qətlinin doğru və tamamilə haqlı olduğuna əminliyini deyib.

S. Bellante ruhi xəstəlik səbəbiylə günahsız bilinib və o vaxtdan bəri psixi xəstəxanada müşahidə altındadır.

Bununla belə, Qormanın qardaşları onun ölümü ilə bağlı geniş araşdırma üçün Ali Məhkəməyə müraciət ediblər. Apellyasiya Məhkəməsi ötən bazar ertəsi baş tutub. Ailənin vəkilləri Qormanın qətli ilə bağlı məhkəmə prosesinin yetərli olmadığı düşünür və araşdırmanın davam etdirilməsini vacib sayırlar.

Məhkəmədə Bellantenin xəstəlik tarixçəsi ilə bağlı suallar qaldırılıb. Hakimlər heyəti tam iş tarixini, o cümlədən Bellantenin Qormanın ölümündən qısa müddət əvvəl dərmanlarını qəbul etməyi dayandırdığını diqqətə çatdırıb. Münsiflər heyətinin sədri bildirib ki, həmkarları bu işdən çox təsirləniblər. Apellyasiya şikayətinin araşdırılmasının nəticəsi səbirsizliklə gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi