Yüksəklikdən qorxma səbəblərimiz
Yüksəklik qorxusu yerdən yüksəkdə olma səbəbilə hiss edilən və baş fırlanması, ürək ritmində sürətlənmə, tərləmə, dizlərdə və ayaqlarda halsızlıq kimi əlamətləri olan psixoloji narahatlıqdır. Lakin yüksəklik qorxusu yüksək bir yerdə dayanan insanların çoxunda görünən yıxılma qorxusundan fərqlidir və səbəb olduğu narahatçılıq çox şiddətlidir. Yüksəklik qorxusu cəmiyyətdə hər 20 insandan birinə təsir edən çox yayılmış bir haldır. Bu günlərə qədər araşdırmaçılar yüksəklik qorxusunun sadəcə yıxılma təhlükəsi düşüncəsi ilə yarandığını düşünürdü. Lakin körpələrlə aparılan araşdırmalardan sonra hələ iməkləməyən və yeriyə bilməyən körpələrdə yüksəklik qorxusunun olmadığı öyrənildi. Ürək ritmindəki dəyişikliklərin izlənilərək aparıldığı araşdırmada isə körpələr böyüdükcə yüksəklik qorxusunun yarandığı meydana çıxdı. Bu halın körpələrin ətraflarını dərk edərək görməyə başladıqları anda yarandığı da məlum oldu.
Araşdırmalar həm də onu göstərdi ki, yüksəklik qorxusu olan insanlar hündürlük məsafəsini düzgün başa düşə bilmir. Məsələn, nəticələri ”Proceedings of the Royal Society B” jurnalında yayımlanan araşdırmada yüksəklik qorxusu olan iştrakçıların 14 metr yüksəklikdəki bir binanın üst hissəsində verdiyi reaksiya ilə, normal insanların 50 metr yüksəklikdəki bir binanın üstündən verdikləri reaksiyanın eyni olduğu öyrənildi. Bundan əlavə yuxarı doğru baxan insanların dik məsafələri yuxarıdan aşağıya baxanlardan daha doğru müəyyən etdiyi də müəyyən olundu. Elm adamları əslində bütün insanların yüksəkdən qorxduğunu, sadəcə reaksiya verdiyi məsafənin insandan insana dəyişdiyini düşünür.
newsworthyplanet.com