Müəllimə BUNA GÖRƏ univeristetdən qovuldu - VİDEO
Braziliyada çəkdiyi videolarla sosial mediada gündəm olan və dünyanın bir sıra ölkələrindən izləyicilər toplamağa başlayan biologiya müəlliməsi Cibelly Ferreira universitetdən qovulub.
Sosial mediada milyonlarla izləyicisi olan müəllimənin tələbələriylə videolar çəkməsi ona marağı daha da artırıb. Videoları araşdıran təhsil dairələri, müəllimənin videolarında cinsi məzmunlar olduğunu əsas gətirərək, onu işdən qovub. Məlum olub ki, müəllimə çəkdiyi videoları sosial mediaya yerləşdirməklə yanaşı, onları saytlara sataraq pul əldə edirmiş.
Qeyd edək ki, biologiya müəlliməsi Cibelly Ferreira əsasən rəqs videoları ilə tanınırdı. O videoları univeristetdə çəkirdi. Müəllimə iddia edib ki, rəsq videoları çəkəndən sonra tələbələrin dərsə marağı artıb.