Qarışqaların öpüşmə səbəbi üzə çıxdı: İNANILMAZ NƏTİCƏ - Gənc olanlar...
İsveçrənin Friburq universiteti qarışqaların öpüşmə səbəbləri barədə araşdırma aparıb.
Azia.az xəbər verir ki, “öpüşmə” zamanı qarışqalar tüpürcəklərini bir-birilərinə ötürərək, həm vacib proteinləri həm də qidaları bölüşdürürlər:
“Hər bir qarışqanın iki mədəsi var. Biri öz yediklərini həzm etmək üçün digəri isə kolondakı digər qarışqlarla bölüşəcəkləri tərkibində proteinlər olan mayeni saxlamaq üçün. İkinci mədə sanki sosial mədədir”.
Alimlərin sözlərinə görə, qarışqaların mədələrindəki proteinlərin mahiyyəti də diqqət çəkib. Gənc qarışqaların mədəsində əsasən inkişafı sürətləndirən proteinlərin, yaşlı qarışqaların mədəsində isə sağlamlığı möhkəmləndirən proteinlərin olması diqqət çəkib.